Modern.az

“Odlar Yurdu” Universitetindən yeni imkanlar

“Odlar Yurdu” Universitetindən yeni imkanlar

Aktual

8 İyun 2017, 17:15

Bu ildən etibarən “Odlar Yurdu” Universitetində bakalavr və magistr dərəcəsi üzrə təhsilini uğurla tamamlayan gənclər xüsusi attestasiyadan sonra İsveçrənin Swiss Montro Biznes Məktəbinin də diplomunu əldə edəcəklər. 

Bununla bağlı “Odlar Yurdu” Universitetinin mətbuat katibi Günay İmanova Modern.az-a açıqlama verib.

O, bildirib ki, “Odlar Yurdu” Universitetində mövcud ixtisaslar üzrə təhsil standartları İsveçrənin Swiss Montro Biznes Məktəbinin tədris proqramına uyğunlaşdırılıb:

“İsveçrənin Swiss Montro Biznes Məktəbinin rektoru Fabio Fusi və “Odlar Yurdu”  Universitetinin rektoru professor Əhməd Vəliyev iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair müqaviləyə imza atıb.
Müqaviləyə əsasən, “Odlar Yurdu” Universitetində bakalavr və magistr dərəcəsi üzrə təhsilini uğurla tamamlayan gənclər xüsusi attestasiyadan sonra İsveçrənin Swiss Montro Biznes Məktəbinin də diplomunu əldə edəcəklər. 

Həmçinin, təhsil aldığı dövr ərzində “Odlar Yurdu” Universitetinin təhsildə fərqlənən tələbə və magistrləri İsveçrənin Swiss Montro Biznes Məktəbində, o cümlədən Avropanın digər aparıcı təhsil ocaqlarında qısa müddətli və uzun müddətli proqramların da iştirakçısı ola biləcəklər”.

Eyni zamanda, “Odlar Yurdu” Universitetinin abituriyentlərə daha bir müjdəsi var:

“600–dən artıq bal toplayıb “Odlar Yurdu” Universitetinə daxil olacaq bütün abituriyentlər həm “Odlar Yurdu” Universitetinin, həm də İsveçrənin Swiss Montro Biznes Məktəbinin təhsil haqqından tam azad olunacaqlar.

O cümlədən 500-dən artıq bal toplayan abituriyentlərin illik təhsil haqqının 50%-i (1000 AZN), ikili diplom üçün İsveçrə proqramında isə təhsil haqqının 75%-i (600 avro), 400-dən artıq bal toplayanların təhsil haqqının 25%-i (500 AZN), ikili diplom üçün İsveçrə proqramında isə təhsil haqqının 50%-i (400 avro), 300-dən artıq bal toplayanların təhsil haqqının 10%-i (200 AZN), ikili diplom üçün İsveçrə proqramında isə təhsil haqqının 25%-i (200 avro) “Odlar Yurdu”  Universitetinin Fondu tərəfindən qarşılanacaq”.


Mətbuat katibinin sözlərinə görə, bundan əlavə 600 baldan çox toplayan bütün abituriyentlər aylıq 200 AZN məbləğində təqaüdlə təmin ediləcəklər:

 “Universitetimizdə bakalavr, magistr və doktorantura pillələri üzrə illik təhsil haqqı 2000 AZN, ikinci diplom üçün isə (İsveçrə) illik təhsil haqqı  800 avro təşkil edir. Tələbələr ikili diplom proqramına müraciət etməmək hüququna malikdirlər”.

Qeyd edək ki, “Odlar Yurdu” Universitetində 2017-2018-ci tədris ili üçün tələbə qəbulu aparılacaq ixtisaslar bunlardır:
(Bakalavr pilləsində qəbul olduğu ixtisasdan asılı olmayaraq tələbələr öz istəklərinə görə Azərbaycan, ingilis və rus bölmələrində təhsil ala bilərlər. Tələbələrin ingilis dili səviyyəsini nəzərə alaraq, əlavə intensiv ingilis dili hazırlığı təşkil olunur)

Bakalavr Pilləsi (Bütün ixtisaslar dövlət sifarişi və ödənişli əsaslarla):

I qrup

1.         KOMPÜTER MÜHƏNDİSLİYİ

2.         EKOLOGİYA MÜHƏNDİSLİYİ (neft-qaz üzrə)

II qrup

3.         BEYNƏLXALQ MÜNASİBƏTLƏR

4.         DÜNYA İQTİSADİYYATI

5.         MÜHASİBAT UÇOTU VƏ AUDİT

6.         MALİYYƏ

7.         MENECMENT

8.         MARKETİNQ

9.         BİZNESİN İDARƏ EDİLMƏSİ

10.           TURİZM VƏ OTELÇİLİK

11.       DÖVLƏT VƏ BƏLƏDİYYƏ İDARƏ ETMƏSİ


III qrup

12.       FİLOLOGİYA

13.       TƏRCÜMƏ (İNGİLİS DİLİ)

14.       XARİCİ DİL MÜƏLLİMLİYİ (İNGİLİS)

15.       DİZAYN


IV qrup

16.       BİOLOGİYA (Mikrobiologiyaistiqamətiüzrə)

17.       PSİXOLOGİYA

Magistratura Pilləsi (Bütün ixtisaslar dövlət sifarişi və ödənişli əsaslarla):

1. AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT MÜƏLLİMLİYİ:

- Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası

2. XARİCİ DİL MÜƏLLİMLİYİ:

- Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili üzrə)

3. BİOLOGİYA MÜƏLLİMLİYİ:

- Biologiya fənninin tədrisi metodikası və metodologiyası

4. FİLİOLOGİYA:

- Azərbaycan dili

- Azərbaycan ədəbiyyatı

5. BEYNƏLXALQ MÜNASİBƏTLƏR:

- Beynəlxalq münasibətlər və diplomatiya

6. DÜNYA İQTİSADİYYATI

- Beynəlxalq iqtisadi münasibətlər

- Beynəlxalq maliyyə və valyuta–kredit münasibətləri

7. MALİYYƏ:

- Bank işi

- Maliyyə nəzarəti və audit

8. BİZNESİN İDARƏ EDİLMƏSİ:

- Biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes üzrə)

9. NEFT-QAZ MÜHƏNDİSLİYİ:

- Neft və qaz yataqlarının işlənməsi

10. KOMPÜTER MÜHƏNDİSLİYİ:

- Kompüter mühəndisliyi

11. İNFORMASİYA TEXNOLOGIYALARI VƏ SİSTEMLƏRİ MÜHƏNDİSLİYİ

- İdarəetmədə informasiya sistemləri

MBA proqramı üzrə Magistr Pilləsi (Azərbaycan, rus və ingilis bölmələri):

1. DÜNYA İQTİSADİYYATI:

- Beynəlxalq iqtisadi münasibətlər

- Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri

2. MALİYYƏ:

- Bank işi

- Maliyyə nəzarətivə audit

3. MENECMENT (sahələr üzrə):

- Menecment ( təhsil, turizm, səhiyyə, ümumi menecment)

4. MARKETİNQ (sahələr üzrə):

- Marketinq (təhsil, turizm, səhiyyə)

5. BİZNESİN İDARƏ EDİLMƏSİ:

- Biznesin təşkili və idarə edilməsi(beynəlxalq biznes üzrə)

6. İNFORMASİYA TEXNOLOGİYALARI VƏ SİSTEMLƏRİ MÜHƏNDİSLİYİ:

- İdarəetmədə informasiya sistemləri


Mətbuat katibi bildirib ki,  bitirdiyi ixtisasdan asılı olmayaraq ali təhsil almış bütün məzunlar MBA proqramı üzrə təhsil almaq hüququna malikdirlər. O cümlədən işləyən magistrantların iş rejiminə uyğun olaraq dərslər müxtəlif gün və saatlarda təşkil olunur. MBA-proqramı üzrə ingilis dilində tədris edən müəllimlər xarici ölkələrdə təhsil almış və praktiki hazırlığı olan mütəxəssislərdir.

Yeri gəlmişkən “Odlar Yurdu” Universiteti:

-Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür.
-Almaniyanın H+ akkreditasiyasına malikdir.
-Türkiyə Cumhuriyyəti YÖK (Yüksek Öyretim Kurulu) tərəfindən tanınır. 
-Azərbaycan Təhsil Nazirliyində ilk özəl universitet olaraq Dövlət Akkreditasiyasından uğurla keçib.
-Amerika Birləşmiş Ştatlarının Tibb Təhsil Təşkilatı–FAIMER (Foundation for Advancement of International Medical Education and Research) tərəfindən tanınıb.
-Avropa Birliyinin TEMPUS və ERASMUS proqramlarının iştirakçısıdır.
-EURAS–Avrasiya Universitetləri Birliyinin üzvüdür.
-Qafqaz Universitetlər Birliyinin üzvüdür.
-Müasir təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərə görə Fransa iqtisadiyyatına yardım Assosiasiyasının qızıl medalına layiq görülüb.

 

Günay RƏSULQIZI

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı