Modern.az

Azərbaycandan münaqişələrin həlli üçün GUAM və ATƏT-ə ÇAĞIRIŞ

Azərbaycandan münaqişələrin həlli üçün GUAM və ATƏT-ə ÇAĞIRIŞ

Aktual

9 İyun 2017, 15:28

Münaqişələr səbəbi ilə GUAM regionu ATƏT-in ən çox müzakirə olunan mövzusudur və bu münaqişələrin həll edilməməsi ATƏT üzv ölkələri arasında etimadsızlığın ən böyük mənbəyidir.

Bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.

Azərbaycan tərəfi bölgədəki münaqişələrin daha effektiv həlli üçün GUAM katibliyini və ATƏT-in müvafiq strukturlarını qarşılıqlı fəaliyyət göstərməyə çağırıb:

“Nə qədər ki, ATƏT-in hər bir üzv ölkəsi və vasitəçi ölkə münaqişələrin həllində öz məsuliyyətini və həll prosesinə verəcəyi töhfəni tam dərk etməyəcək, ATƏT sıralarındakı etimadsızlıq hökm sürəcək”.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı