Modern.az

Gigiyena və Epidemiologiya Mərkəzindən kütləvi zəhərlənmə AÇIQLAMASI

Gigiyena və Epidemiologiya Mərkəzindən kütləvi zəhərlənmə AÇIQLAMASI

Aktual

12 İyun 2017, 14:31

“Bir ərazidən qısa müddət ərzində çoxlu sayda uşağın eyni əlamətlərlə xəstəxanaya müraciət etməsi və onların “ratovirus”la xəstələnməsi bu infeksiyanın su vasitəsilə yoluxması haqqında fikir söyləməyə imkan verir”.

 

Bu barədə Modern.az-a danışan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev deyib ki, supaylayıcı şəbəkənin bütün xətlər üzrə hərəkət istiqamətlərindən su nümunələri götürəcəklər:

 

“Sumqayıtda uşaqlar arasında kütləvi yoluxma halı baş verən  ərazilərdə supaylayıcı şəbəkənin bütün xətlər üzrə hərəkət istiqamətlərindən su nümunələri götürüləcək. Hazırda əhali arasında sanitariya-müalicə tədbirləri həyata keçirilir, çiy sudan istifadə etməmək, meyvə-tərəvəzlərin çiy su ilə yuyulmaması, şəxsi gigiyena qaydalarına əməl olunması barədə sanitar-epidemik maarifləndirmə tədbirləri aparılır”.

 

İ.Abdullayev qeyd edib ki, hazırda suda heç bir problem yoxdur:

“Suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir. Amma problemin iyunun 7-də, 8-də, 9-da başladığı məlum deyil. Ola bilsin ki, qısa bir vaxtda problem olub”.

 

Nazirlik rəsmisinin bildirdiyinə görə, vəziyyətin nəzarətdə saxlanması üçün müayinələr qarşıdakı günlərdə davam etdiriləcək.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu