Modern.az

Səfirin idarə etdiyi maşın qəzaya düşdü

Səfirin idarə etdiyi maşın qəzaya düşdü

Aktual

12 İyun 2017, 21:21

Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo yol qəzasına düşüb. Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu Atatürk prospekti 58 ünvanının qarşısında baş verib. Səfirin idarə etdiyi “Toyota Prado” markalı, 048 D 002 dövlət qeydiyyat nişanlı xidməti avtomobil “Audi” markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə xeyli ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...