Modern.az

Ərdoğan: “Qətərin təcridi İslam dəyərlərinə uyuşmur”

Ərdoğan: “Qətərin təcridi İslam dəyərlərinə uyuşmur”

Aktual

13 İyun 2017, 16:05

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ərəb ölkələrinin Qətəri təcrid etməsini İslam dəyərlərinə sığmayan vəhşilik adlandırıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, öz partiyasından olan deputatlarla danışan Türkiyə prezidenti vəziyyəti Səudiyyə Ərəbistanının düzəldə biləcəyini deyib.

 

“Səudiyyə Əərbistanı Qətərlə danışıqlar aparıb məsələni yoluna qoymalıdır”.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Liviya, Misir, Yəmən və Bəhreyn  iyunun 5-də Qətərlə münasibətləri dondurub.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!