Modern.az

Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə təlimləri davam edir - VİDEO

Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə təlimləri davam edir - VİDEO

Aktual

13 İyun 2017, 16:29

Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin iyunun 12-də Naxçıvanda başlayan birgə taktiki təlimləri davam edir.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun, müxtəlif güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri təlimin ssenarisinə əsasən "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.
 

Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərib, bölmələrin tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün müvafiq tədbirlər görülüb. 5000 nəfərədək şəxsi heyətin, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnikaların cəlb olunduğu təlim iyunun 16-dək davam edəcək.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı