İranın xarici işlər naziri Cavad Zərif Səudiyyə Ərəbistanını ittiham edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirin sözlərinə görə ölkənin şərqindəki silahlılar Ər-Riyadın dəstəyinə arxalanırlar.
“Bizim kəşfiyyat Səudiyyə Ərəbistanının İranın şərqində, xüsusən Bəlucistan vilayətində aktiv fəaliyyət göstərdiyini müəyyənləşdirib”.
İran xüsusi xidmət orqanları Tehranda təşkil olunmuş hücumun iştirakçılarının yerli vətəndaşlar olduğunu açıqlayıb.
Vüqar İSMAYILOV