Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deputat köməkçiləri arasında fəaliyyətinə görə fərqlənən şəxsə rəsmi təşəkkür elan edib.
Modern.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatından verilən məlumata görə, fərqlənən şəxs təşkilatın sədri, deputat Naqif Həmzəyevin köməkçisi Tural Verdiyevdir.
T. Verdiyev parlament deputatının ofis işinin təşkil və təmin olunmasında fəaliyyətinə və peşəkarlığına, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirdiyinə görə təşəkkürə layiq görülüb.
Məlumatda T. Verdiyevin deputat Naqif Həmzəyevin hər həftə YAP Gəncə şəhər təşkilatında keçirdiyi seçici qəbulunda vətəndaşlar tərəfindən edilən müraciətlərin qəbulu, qaldırılan problemlərin vaxtında həll edilməsi, araşdırılması və ya aidiyyəti üzrə digər dövlət orqanlarına yönləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətdə fərqləndiyi bildirilir.
Modern.az