Modern.az

“Leyla Əliyeva qırılmış qəlblərə məlhəm ola bilir” - Xocalıdan olan “25-lər”in TƏBRİKİ

“Leyla Əliyeva qırılmış qəlblərə məlhəm ola bilir” - Xocalıdan olan “25-lər”in TƏBRİKİ

Aktual

12 Fevral 2022, 13:09

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günüdür.  Leyla Əliyeva özündə Azərbaycan gənclərinin müsbət keyfiyyətlərini birləşdirir.
Leyla xanımın fəaliyyəti müxtəlif sahələri əhatə edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, eyni zamanda, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Rusiyanın Azərbaycan Gənclər Birliyinin (AMOR) sədri, eləcə də “Bakı” jurnalının təsisçisi və baş redaktorudur.
 

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı və mühüm layihələrdən biri “Xocalıya ədalət” kampaniyası olub. Artıq doqquz ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Leyla Əliyeva öz müraciətində demişdi: “Bu cinayətlər xüsusi amansızlıqla törədildiyindən və insan ləyaqətinə ciddi zərbə vurduğundan, bəşəriyyət həmin gecənin xatirələrini yaddaşlarda saxlamaq, soyqırımı unutmamaq və qurbanların və sağ qalanların xatirəsini əziz tutmaq üçün mənəvi məsuliyyət daşıyır. Lakin yaddaşlarda saxlama və xatırlama kifayət deyil. Biz bu yaddaşlardan dərs çıxararaq cinayətkarları məsuliyyətə cəlb etməklə ədaləti bərpa etməli və bir daha kütləvi şəkildə bu amansız cinayətlərin törədilməməsi üçün zəruri tədbirlərin görülməsinə nail olmalıyıq”.
Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.


Qeyd edək ki, Xocalı  soyqırımı zamanı 25 uşaq hər iki valideynini itirib.  Leyla Əliyevanın təşəbbüsü ilə “25-lər”in hər biri mənzillə təmin edilib və  daim diqqət mərkəzində saxlanılıb.
 

Leyla Əliyevanı “25-lər”in adından təbrik edən Əfsanə Ələkbərova Modern.az-a öz düşüncələrini bildirib:

“Biz dövlətimizin qayğısından çox razıyıq. Cənab prezident İlham Əliyev, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva və “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın həmişə diqqət və qayğısında olmuşuq. Bilirsiniz ki, Leyla Əliyeva Xocalı və xocalılar üçün bir çox təşəbüsslərlə çıxış edib. Məhz buna görə, o cümlədən bizi daim diqqət mərkəzində saxladığı üçün ona xüsusi minnətdarıq. Leyla Əliyeva həmçinin digər şəhid ailələrinə də həmişə xüsusi qayğı göstərib.

 Hazırda “Xocalıya ədalət” kampaniyası Xocalı həqiqətlərinin dünyaya çatdırılması və tanınması üçün böyük işlər görür. Leyla Əliyeva Xocalıdan hər iki valideynini itirən  “25-lər”lə də daim maraqlanır. Bildiyiniz kimi, keçən il biz Ramana qəsəbəsində evlərlə təmin olunduq. Bu il də Heydər Əliyev Fondunun təşəbbüsü ilə evlərimiz təmir olundu və  əşyalarla təchiz edildi”.
 

Ə. Ələkbərova Leyla Əliyeva ilə bağlı xatirələrindən də söz açıb:
 

“İki il bundan əvvəl Xocalı faciəsinin ildönümü ilə əlaqədar Moskvada keçirilən tədbirə dəvət aldıq. Həmin vaxt mən Leyla Əliyeva ilə şəxsən tanış olma imkanı əldə etdim. Leyla xanım çox gülərüz, səmimi və mehriban insandır.  Həmin tədbirdə yaxınlaşıb bizim problemlərimizlə maraqlandı, söhbət etdik. Bəlkə də gənc olduğu üçün bizi daha yaxşı anlayır.

Leyla Əliyeva uşaq evlərini ziyarət edir, valideyn himayəsindən məhrum olmuş uşaqlarla yaxından maraqlanır və onlara qayğı ilə yanaşır. Mənə elə gəlir ki, bu, ən böyük nailiyyətdir. Yəni Leyla Əliyeva qırılmış qəlblərə məlhəm ola bilir. Mən bunu yüksək qiymətləndirirəm.

Biz valideyn himayəsindən məhrum olsaq da, dövlətimizin qayğısını hər zaman hiss edirik. Bu baxımdan Leyla Əlieyvanın bizim qəlbimizdə xüsusi yeri var.  İnanıram ki, dövlət bizi qayğıdan məhrum etmədiyi üçün valideynlərimin, o cümlədən şəhidlərimizin ruhu şaddır. Mən ona uzun ömür, can sağlığı, işlərində uğur arzulayıram. Çöhrəsindəki gülüş heç zaman əskik olmasın”.

 

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ortaq Dəyərlər" İctimai Birliyinin həyata keçirdiyi "Xocalı soyqırımı Türk dünyasının ortaq faciəsi" kimi" layihəsi çərçivəsində dərc olunur

 

 

Gülşən Qasımova

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı