Modern.az

Kamal Abdulladan yeni təşəbbüs

Kamal Abdulladan yeni təşəbbüs

Aktual

31 İyul 2017, 10:58

2017-18-ci tədris ilindən etibarən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsünə əsasən universitetdə yeni bir layihə həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, ADU-da təhsil alan tələbələrlə kütləvi informasiya vasitələri arasında əlaqə qurmaq, onların KİV-də praktik biliklər əldə etməsi məqsədilə həyata keçiriləcək “Təcrübədən əvvəl təcrübə” layihəsi çərçivəsində tələbələr istehsalat təcrübəsi dövründən əvvəl də qəzet redaksiyalarında, informasiya agentliklərində, saytlarda təcrübə keçmək şansı qazanacaqlar. Bu, universitetin KİV-lə əlaqələrinin möhkəmlənməsində tələbələrin də birbaşa iştirakına imkan verəcək.

 

Qeyd edək ki, layihəyə sentyabr ayından start verilməsi planlaşdırılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!