Modern.az

Maliyyə sektorunun yeni inkişaf strategiyası hazırlanır

Maliyyə sektorunun yeni inkişaf strategiyası hazırlanır

İqtisadiyyat

Bu gün, 12:48

Maliyyə sektorunun 2027–2030-cu illəri əhatə edən inkişaf strategiyası hazırlanır.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bugünkü plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, 2024–2026-cı illəri əhatə edən strategiyanın icrası bu ilin sonunda yekunlaşacaq. Hazırda strategiyanın icra səviyyəsi 91 faizdir.

Taleh Kazımov qeyd edib ki, yeni strategiyanın ilin sonunadək hazırlanması planlaşdırılır. Sənəddə iki əsas məqsəd müəyyənləşdiriləcək: maliyyə sektorunun inkişafı və dayanıqlığının təmin edilməsi.

“Birinci istiqamət üzrə real sektorun maliyyələşdirilməsi, rəqəmsallaşma, innovativ həllərin tətbiqi, maliyyə xidmətlərinin inklüzivliyinin və əhatəliliyinin artırılması nəzərdə tutulur. Digər əsas məqsədimiz tənzimləmə siyasətinin təkmilləşdirilməsi və bununla da maliyyə sektorunun dayanıqlığının təmin edilməsidir”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!