Modern.az

Bələdiyyə sədrinin müavini cərimələndi – 2500 manat

Bələdiyyə sədrinin müavini cərimələndi – 2500 manat

Aktual

15 Avqust 2017, 15:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Asif Ağakişiyev tərəfindən qəsəbə ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı şikayət daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şikayət yerli qurumlarının əməkdaşları tərəfindən Mehdiabad bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.

 

Əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə formalaşan məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı və daşınmadığı aşkar edilib.

 

Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Mehdiabad bələdiyyəsinin sədr müavini Elşən Şıxəliyev barəsində protokol tərtib olunub və o inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilən qanun pozuntusunun aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV