Modern.az

Madriddə Kataloniyadakı referendumun əleyhinə nümayiş keçirilir

Madriddə Kataloniyadakı referendumun əleyhinə nümayiş keçirilir

Aktual

1 Oktyabr 2017, 15:48

İspaniyanın paytaxtı Madriddə, Mayor meydanında Kataloniyada keçirilən müstəqillik haqqında referendumun əleyhinə nümayiş keçirilir.

 

Modern.az-ın məlumatına görə, nümayişdə ən azı 500 nəfər iştirak edir.

 

Aksiya iştirakçıları "İspaniya vahiddir, heç vaxt parçalanmayacaq", "Kataloniya İspaniyadır", "Kataloniya hakimiyyətinə ölkə konstitusiyasını pozmağa imkan vermək olmaz" kimi şüarlar səsləndirirlər.

 

Nümayiş dinc xarakterlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!