Modern.az

Avtomobillər su basmış paytaxt küçələrində qaldı

Avtomobillər su basmış paytaxt küçələrində qaldı

Aktual

3 Oktyabr 2017, 00:31

Axşam saatlarından etibarən paytaxt Bakıya yağmağa başlayan güclü yağış nəqliyyatın hərəkətində problemlər yaradıb. Modern.az "Report"a istinadən xəbər verir ki, Bakının Yasamal rayonu ərazisindən keçən Şərifzadə küçəsinin "İnşaatçılar" metrostansiyası yaxınlığında bir neçə avtomobil xarab olaraq su basmış yolda qalıb.

Yeni Yasamal yaşayış massivində isə yolda qalan 39 saylı marşrut avtobus sərnişin və sürücülərin köməkliyi ilə sudan çıxarılıb.

Sözügedən ərazidə yol keçilməz vəziyyətə düşüb.

Bundan əlavə, paytaxtın Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində də yolu su basması nəticəsində avtomobillərin hərəkəti mümkünsüz hala gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı