Modern.az

Şamaxıda dəhşətli qəza – 3 nəfər öldü

Şamaxıda dəhşətli qəza – 3 nəfər öldü

Aktual

3 Oktyabr 2017, 13:04

Şamaxıda dəhşətli yol qəzası baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az -a verilən xəbərə görə, oktyabrın 2-də saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub.

Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı