Modern.az

Rəsul Quliyev ölkəyə gəlsə, Sərdar Cəlaloğlu onu DƏSTƏKLƏYƏCƏK  

Rəsul Quliyev ölkəyə gəlsə, Sərdar Cəlaloğlu onu DƏSTƏKLƏYƏCƏK   

Aktual

4 Oktyabr 2017, 11:41

Milli Məclisin sabiq sədri, 21 ildir ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev gələn il Azərbaycana qayıtmaq və 2018-ci il prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Hətta sosial şəbəkələrdə qeyd edilib ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da seçkilərdə Rəsul Quliyevi dəstəkləyəcək.

 

Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlama verib.

 

O  bildirib ki, partiyada Rəsul Quliyevi dəstəkləməklə bağlı hər hansı bir qərar yoxdur.

 

“Biz müxalifətin birliyinin tərəfdarıyıq. Rəsul Quliyev Azərbaycana gəlsin, biz onu dəstəkləyək. Yəni bu şərti bir şeydir. Başqa cür biz onu necə dəstəkləyə bilərik? Gərək Rəsul Quliyev Azərbaycana gəlsin ki, biz də onu dəstəkləyək”.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu