Modern.az

Lənkəranda 10-dan artıq ailə su başmış evlərdən təxliyyə edilir

Lənkəranda 10-dan artıq ailə su başmış evlərdən təxliyyə edilir

Aktual

4 Oktyabr 2017, 22:24

Yağan intensiv yağışlar Lənkəranda ciddi fəsadlar törədib. Modern.az APA-ya istinadən xəbər verir ki, Lənkəran çayının daşması səbəbindən Sütəmordov kəndində onlarla evi su basıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 10-a yaxın ailənin təxliyəsi həyata keçirilir.

 

Hazırda ərazidə yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)