Modern.az

Bərdədə yeniyetməni maşın vurub

Bərdədə yeniyetməni maşın vurub

Aktual

8 Oktyabr 2017, 17:22

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Sabir küçəsi ilə hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən 16 yaşlı rayon sakini Yusifli Üzeyir Emin oğlunu vurub.

 

Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı