Modern.az

Sərnişin avtobusu ilə minik avtomobili toqquşdu: 2 yaralı

Sərnişin avtobusu ilə minik avtomobili toqquşdu: 2 yaralı

Aktual

10 Oktyabr 2017, 00:31

Şamaxı rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 127-ci kilometrliyində, Şamaxının Meysəri kəndi ərazisində qeydə alınıb.

 

Şəki sakini, 1957-ci il təvəllüdlü Mustafayev Məhəmmədiyyə Mustafa oğlu idarə etdiyi 14-BD-187 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Şamaxı sakini Rəsulov Bayram Rafiq oğluna məxsus 50-BB-803 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobili ilə toqquşub.

 

Hadisə zamanı mikroavtobusdakı sərnişinlər - Şəki sakini, 1986-cı il təvəllüdlü Rəsulzadə Günay Ələddin qızı, 1996-cı il təvəllüdlü Talıbov Nicat Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə iki təcili yardım avtomobili cəlb olunub, xəsarət alanlara yardım göstərilib.

 

Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusda 20 sərnişinin olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)