Modern.az

Gömrükdə avtomobildə 320 fişəng tapıldı

Gömrükdə avtomobildə 320 fişəng tapıldı

Aktual

10 Oktyabr 2017, 11:50

Gömrükdə avtomobildə 320 ədəd fişəng tapılıb.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "BMW-520" markalı avtomobilə gömrük baxışı keçirilib.

 

Yoxlama zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 320 ədəd "Sterminator" adlı fişəng aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...