Modern.az

Xırdalan və Masazırın bir hissəsi işıqsız qalacaq

Xırdalan və Masazırın bir hissəsi işıqsız qalacaq

Aktual

10 Oktyabr 2017, 11:51

10-12 oktyabr 2017-ci il tarixlərində saat 11:00-dan 15:30-a qədər Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllələrdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

 

"Azərişıq" ASC-dən Modern.az-a verilən məlumata görə, buna "Azərenerji" ASC-yə məxsus 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri səbəb olacaq.



Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)