Modern.az

Telman İsmayılovun daha bir şirkəti müflis elan edildi

Telman İsmayılovun daha bir şirkəti müflis elan edildi

Aktual

10 Oktyabr 2017, 13:01

Moskvanın Arbitraj Məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılova məxsus AST qrupuna daxil olan “Praqa-AST” şirkətini müflis elan edib.

 

Bu haqda Modern.az Rusiya KİV-nə istinadən bildirir.

 

Məlumata görə, müflislik barədə hesabatın vaxtı gələn il marıtn 20-ə təyin edilib.

 

Xatırladaq ki, “Praqa-AST”nin müşahidə altına alınması prosedurunu Arbitraj Məhkəməsi bu ilin aprelində “BM-Bank”ın müraciəti əsasında işə salmışdı.

 

Qeyd olunur ki, T.İsmayılovun kreditorlar qarşısında 20 milyard rubla yaxın borc öhdəliyi var.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...