Modern.az

Universitet müəllimlərinin əmək haqqı artırıldı

Universitet müəllimlərinin əmək haqqı artırıldı

Aktual

26 Oktyabr 2017, 14:38

Azərbaycan Texniki Universitetində (AzTU) 01. 11. 2017-ci il tarixindən etibarən əməkhaqları artırılacaq.

 

Modern.az-ın məlumatına görə, universitetin Elmi Şurasında qəbul olunan qərara əsasən, rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əməkhaqları 100 AZN məbləğində artacaq.

 

Tədris-köməkçi və xidmətedici heyətinin əməkhaqları isə 50 AZN məbləğində artacaq.

 

Növbəti ayın 1-dən hesablanacaq artıma əsasən universitetin ümumi əməkhaqqı bazası 15 faiz çoxalacaq.

 

AzTU-nun Elmi Şurasında əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı aparılan müzakirələrdə universitetin rektor əvəzi Xalıq Yahudov bildirib ki, əməkhaqlarının 2018-ci ilin əvvəlində yenidən artırılması nəzərdə tutulub.

 

Qeyd edək ki, Azərbaycan Texniki Universitetində əməkhaqları sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...