Modern.az

2 karateçimiz dünya çempionatının FİNALINDA

2 karateçimiz dünya çempionatının FİNALINDA

Aktual

26 Oktyabr 2017, 22:49

Gənclərdən ibarət seçmə komandanın üzvləri Fidan Teymurova (-48 kq) və Hümmət Baxşəliyev (-61 kq) dünya çempionatının finalına yüksəliblər. 

 

Modern.az-ın məlumatına görə, İspaniyanın Tenerife şəhərində yarışın finalınadək son dünya ikincisi F.Teymurova dörd rəqibini, avropa və dünya üçüncüsü H.Baxşəliyev isə beş idmançını məğlub edib. 

 

Final görüşləri ayın 27-də keçiriləcək. 

 

 

Tatamiyə çıxan digər idmançımız, Avropa üçüncüsü Müseyib Məmmədov (-55 kq) ikinci görüşdə uduzaraq mübarizəni dayandırmalı olub.

 

Qarşıdakı 3 gün daha 8 karateçimiz medallar uğrunda yarışacaq. Dünya çempionatında 109 ölkədən 1710 idmançı iştirak edir. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!