Modern.az

Qazaxda qadını ilan sancdı

Qazaxda qadını ilan sancdı

Aktual

27 Oktyabr 2017, 00:33

Qazax rayon sakinini ilan sancıb. 

 

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Ceyrançöl düzünün Ağstafa rayonu ərazisindəki hissəsində qeydə alınıb.

 

Qazax rayon Daş Salahlı kənd sakini 1968-ci il təvəllüdlü Süleymanova Gültəkin Alosman qızı qoyun sürüsünü otaran zaman ilan onun sağ ayağından sancıb. Qadın dərhal Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.

 

Vəziyyəti kafi qiymətləndirilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!