Modern.az

Paytaxtda ət dükanlarında reyd keçirildi – mağaza sahibləri CƏRİMƏLƏNDİ

Paytaxtda ət dükanlarında reyd keçirildi – mağaza sahibləri CƏRİMƏLƏNDİ

Aktual

28 Oktyabr 2017, 11:39

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə oktyabrın   27-də paytaxtın Xətai və Yasamal rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçiriblər. 

 

Bu haqda Modern.az-a DİN-dən bildirilib.

 

Reyd zamanı bir neçə mağaza sahibi – Yasamal rayonu ərazisində Bəhmən İmanov, Xətai rayonu ərazisində Sərxan Bayramov və İlqar Baxışov ət satışı mağazalarında baytarlıq haqqında qanunvericiliyin tələblərini, habelə Yasamal rayonundakı mağazanın sahibi Ramiz Nəsibov küçə ticarəti qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı