Modern.az

"Qazel" motosikletə çırpıldı

"Qazel" motosikletə çırpıldı

Aktual

29 Oktyabr 2017, 23:25

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Qazel" markalı avtomobil odun daşıyan “Muravey” markalı motosikletə çırpılıb. Hadisə nəticəsində motosikletdə olan Biləsuvar şəhər sakinləri - 1984-cü il təvəllüdlü Həsənov Qurban Tarverdi oğlu və 1961-ci il təvəllüdlü Sarıyev Talıb Feyzi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilk tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)