Modern.az

Bakıda velosiped oğrusu tutuldu

Bakıda velosiped oğrusu tutuldu

Aktual

1 Noyabr 2017, 14:09

Bakıda velosiped oğrusu saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə oktyabrın 30-da Xəzər rayonunda baş verib.

 

Məlumata görə, rayon Polis İdarəsinin 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Hüseynova məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Qasımov tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!