Modern.az

Gəncədə 14 yaşlı qız dəm qazından boğuldu

Gəncədə 14 yaşlı qız dəm qazından boğuldu

Aktual

4 Noyabr 2017, 20:56

Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənərək ölüb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı fəhləsi küçəsindəki yeni tikilən evlərdən birində qeydə alınıb. 2003-cü il təvəllüdlü Abbasova Gülsüm Mahir qızı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!