Modern.az

Tramp İranı Səudiyyə Ərəbistanına raket atmaqda ittiham edib

Tramp İranı Səudiyyə Ərəbistanına raket atmaqda ittiham edib

Aktual

5 Noyabr 2017, 10:04

ABŞ prezidenti Donald Tramp İranı Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində raket atmaqda ittiham edib.

 

Modern.az “Report” istinadən xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Fikrimcə, İran Səudiyyə Ərəbistanına hücum edib. Siz bunu bilirsiniz, düzdür? Siz gördünüz ki, raket buraxılıb. Bizim sistemlərimiz isə onu vurub", — deyə Tramp əlavə edib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Ər-Riyadın şimal-şərqində ballistik raketi vurub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı