Modern.az

“Riyad” Mühafizə Xidməti ləğv olunub? - Şirkətdən AÇIQLAMA

“Riyad” Mühafizə Xidməti ləğv olunub? - Şirkətdən AÇIQLAMA

Aktual

7 Noyabr 2017, 08:29

Ölkə mətbuatında yayılan məlumata görə, “Riyad” Mühafizə Ximdətinin lisenziyası ləğv olunub və fəaliyyət göstərmək hüququ əlindən alınıb.

“Riyad” Mühafizə Ximdətinin mətbuat katibi Fuad Mədətov Modern.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar tamamilə yanlışdır. Mühafizə xidmətinin lisenziyası ləğv olunmayıb:

“Xidmətin baş idarə rəisi Etibar Qasımov Daxili İşlər Nazirliyinə məktubla müraciət edərək, sözügedən qurumun adının dəyişdirilməsinə icazə istəyib. Lisenziya olduğu kimi qalıb, yalnız qurumun adı dəyişiləcək. Hazırda qurumun adı təsdiq olunmayıb. Yaxın günlərdə bu barədə də ictimaiyyətə ətraflı məlumat veriləcək.”

F.Mədətov onu da qeyd edib ki, şirkət fəaliyyətini davam etdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı