Modern.az

Türkiyədə 1 əsgər şəhid oldu

Türkiyədə 1 əsgər şəhid oldu

Aktual

7 Noyabr 2017, 09:40

Türkiyədə terrorçulara qarşı keçirilən əməliyyatda 1 türk əsgəri həlak olub.

 

Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.

 

Əməliyyat Van və Çaldıran arasındakı şose yol ətrafında dağlarda yerləşən PKK terrorçularının bazasına hazırlanmış əməliyyat zamanı baş verib.

 

İlkin məlumata görə, əsgərlər bazaya daxil olarkən baş vermiş qarşıdurmada türk əsgəri şəhid olub.

 

Hazırda həmin əraziyə böyük sayda canlı qüvvə gönədərildiyi bildirilir.

 

Rayonda genişmiqyaslı əməliyyat başlayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı