Modern.az

Sabiq polis rəisi əməliyyatda öldü

Sabiq polis rəisi əməliyyatda öldü

Aktual

9 Noyabr 2017, 00:12

Sabiq polis rəisi əməliyyatdan sonra vəfat edib. Modern.az Musavat.com-a istinadən  xəbər verir ki, uzun müddət daxili işlər orqanlarında çalışmış Mətləb Rzayev vəfat edib.

 

Dəvəçi, Cəlilabad, İsmayıllı, Bərdə və digər rayonların Polis İdarələrinin rəisi vəzifəsini tutmuş Mətləb Rzayev ürək əməliyyatından sonra dünyasını dəyişib.

 

Sabiq polis rəisi əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Mətləb Rzayev 10 ildən artıqdır daxili işlər orqanlarından təqaüdə çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı