Modern.az

“Mercedes” su kanalına düşdü

“Mercedes” su kanalına düşdü

Aktual

9 Noyabr 2017, 00:56

Salyan rayonunda  minik avtomobilinin su kanalına  aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, bu sürücü Lənkəran sakini, 1985-ci il təvəllüdlü Cəfərov Seyfəddin Bəkir oğludur. Avtomobildə olan sərnişinlər isə Lənkəran sakinləri, 1962-ci il təvəllüdlü Xəlilova Mehriban Cəlal qızı, 1971-ci il təvəllüdlü  Əlizadə Elnarə İltifat qızı və 1968-ci il təvəllüdlü  Nəcibəyov Rahim Gülağa oğludur. 

 

Yaralılar müxtəlif  dərəcəli bədən xəsarətləri ilə Salyan rayon xəstəxanasına yerləşdirilib. 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)