Modern.az

Kürdəmirdə ağır qəza

Kürdəmirdə ağır qəza

Aktual

10 Noyabr 2017, 23:43

Kürdəmirdə iki maşının iştirakı ilə baş verən qəzada piyada və sərnişin ağır xəsarət alıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında  Kürdəmir rayon ərazisində qeydə alınıb.

 

Kürdəmir rayonun Atakişili kənd sakini,  1985-ci il təvəllüdlü Rauf Rafiq  oğlu Əliyevin  idarə etdiyi "VAZ-21011" markalı minik maşını ilə Kürdəmir rayon istiqamətdə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan 1985-ci il təvəllüdlü Ramal Neman oğlu Nərimanovun idarə etdiyi "Mercedes" markalı maşına çırpılıb.

 

İdarəetmədən çıxan "Mercedes" yol kənarında dayanmış piyada, rayonun Çöhranlı kənd sakini, 1971-ci il təvəllüdlü Səyyad Babacan oğlu Hüseynovu vurub. Nəticədə piyada S. Hüseynov və "VAZ-21011" markalı maşında olan sərnişin 1967-ci il təvəllüdlü Vüqar Lazım oğlu Yunisov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdiriliblər. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı