Modern.az

Telman İsmayılov barəsində həbs qərarı çıxarıldı

Telman İsmayılov barəsində həbs qərarı çıxarıldı

Aktual

11 Noyabr 2017, 13:38

Moskvanın Basman rayon məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılovu qətldə təqsirli bilib.

 

Modern.az-ın məlumatına görə, oktyabrın 30-da T.İsmayılov barəsində həbs qərarı çıxarılıb.

 

O, iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham edilir. İş adamı beynəlxalq axtarışa verilib.

 

Telman İsmayılovun vəkili bildirib ki, qərarla əlaqədar apelyasiya verilib.

 

Digər təfərrüatlar hələlik açıqlanmayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı