Ermənistan ordusunda itkilərin sayı artır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu il ölən hərbçilərin sayı 52 nəfərə çatıb. Erməni mətbuatının məlumatına görə, 2017-ci ilin yanvarın 1-dən , oktyabrın 31-dək erməni silahlı qüvvələrinin itkiləri aylar üzrə aşağıdakı cədvəldə göstərildiyi kimidir:
| AYLAR:
| DÖYÜŞ ZAMANI Ölənlər | DİNC ŞƏRAİTDƏ Ölənlər | YARALANANLAR Ağır və ya yüngül |
| YANVAR | 3 | 3 | 1 |
| FEVRAL | 3 | 3 | 6 |
| MART | 3 | 1 | 6 |
| APREL | 2 | 3 | 1 |
| MAY | 2 | 6 | 2 |
| İYUN | 4 | 2 | 17 |
| İYUL | 2 | 2 | 4 |
| AVQUST | 2 | 3 | 1 |
| SENTYABR | 2 | 0 | 0 |
| OKTYABR | 2 | 4 | 0 |
| CƏMİ: | 25 | 27 | 38 |
Qeyd edək ki, bu ilin ötən dövründə, ümumilikdə, ölənlərin sayı 52 nəfər, yaralananlar isə 38 nəfər olub.
İsmayıl Tanrıverdi
BDU-nun erməni araşdırmaları
elmi-tedqiqat və tədris mərkəzinin rəhbəri