Modern.az

Bakıda magistr olmaq istəyənlərə ödənişsiz hazırlıq kursları təşkil edilib

Bakıda magistr olmaq istəyənlərə ödənişsiz hazırlıq kursları təşkil edilib

Aktual

13 Noyabr 2017, 15:39

Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci tədris ilində ölkənin ali təhsil müəssisələrində ilk dəfə magistraturaya ödənişsiz hazırlıq kursları təşkil olunub. Kursların təşkili və tələbələrin bu kurslara cəlb edilmələri üçün AzTU-nun elm və texnika üzrə prorektoru İlham Pirməmmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb. İşçi qrupu bu gündən etibarən tələbələrin kurslara qeydiyyatını elan edib. Noyabrın 19-dək davam edəcək qeydiyyat AzTU-nun magistratura və doktorantura şöbəsində (I korpus, 428-ci otaq) aparılır.

 

AzTU-dan Modern.az-a verilən məlumata görə, qeydiyyat prosesi başa çatdıqdan sonra, noyabrın 23-də kurslara yazılan tələbələr arasında sınaq imtahanı keçiriləcək. Bu imtahanın nəticəsinə əsasən tələbələrin bilik səviyyələrinə uyğun qruplar yaradılacaq.

 

İki mərhələdən ibarət olan kursların birinci mərhələsi dekabrın 1-dən gələn il fevralın 15-dək, ikinci mərhələsi isə gələn il martın 1-dən iyunun 30-dək təşkil olunacaq.

 

Qeyd edək ki, tələbələrin magistraturaya qəbul imtahanında müvəffəqiyyət səviyyəsinin artırılması məqsədilə yaradılan kurslar AzTU-da ötən tədris ilində də təşkil olunub. Kurslarda iştirak edən tələbələrin 89 faizi magistraturaya qəbul imtahanından müvəffəqiyyətlə keçib.

Whatsapp
Bizə yazın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)