Modern.az

Evi yanan 80 yaşlı qadın özünü ikinci mərtəbədən atdı

Evi yanan 80 yaşlı qadın özünü ikinci mərtəbədən atdı

Aktual

14 Noyabr 2017, 00:57

Quba rayonu Alpan kəndində iki mərtəbəli evdə yanğın hadisəsi baş verib. Modern.az "Report"a istinadən istinadən xəbər verir ki, 1937-ci il təvəllüdlü ev sahibəsi Balaqdaşova Xanım Əmibala qızı yanğın zamanı özünü evin ikinci mərtəbəsindən yerə atıb.

 

O, Quba rayon təcili tibbi yardım briqadası tərəfindən Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb, xəstənin ayağının sındığı məlum olub.

 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı