Modern.az

Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 

Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 

Aktual

15 Noyabr 2017, 13:54

Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

 

Modern.az-ın məlumatına görə, bunu Braziliyanın xarici işlər naziri Aloyzio Nunyes Ferreyra Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

 

Nazir deyib ki, Braziliya çox sülhsevər ölkədir.

 

"Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq ATƏT-in Minsk qrupu çərçivəsində müsbət həll olunmasını istəyirik".

 

Qeyd edək ki, Braziliyanın xarici işlər naziri Aloyzio Nunyes Ferreyra bu gün Bakıya rəsmi səfərə gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...