Modern.az

İtkin düşən Kürdəmir sakini tapıldı

İtkin düşən Kürdəmir sakini tapıldı

Aktual

18 Noyabr 2017, 23:49

Kürdəmirdə itkin düşən şəxs tapılıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, dünən axşam saatlarında Kürdəmir rayonunun Pirili kənd sakini, 28 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən bir nəfər otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə çıxaraq geri qayıtmayıb.

 

Bundan narahat olan ailəsi onun tapılması üçün Kürdəmir rayon Polis Şöbəsinə müarciət edib.

 

Polis əməkdaşlarınıntəxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında qonşu Ərşəli kəndindəki otlaq sahəsindəolduğu müəyyən edilib və o, ailəsinə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı