Modern.az

"Çelsi"ni gətirən təyyarə gecə saatlarında Bakıya çatacaq

"Çelsi"ni gətirən təyyarə gecə saatlarında Bakıya çatacaq

Aktual

20 Noyabr 2017, 21:45

Bir gün sonra Bakı Olimpiya Stadionununda Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la qarşılaşacaq İngiltərənin "Çelsi" klubu Bakıya yola düşüb.

Modern.az xəbər verir ki, "Çelsi"nin feysbuk səhifəsində paylaşılan fotolardan görünür ki, rəqib komanda artıq təyyarə ilə paytaxtımıza gəlir.

London təmsilçisini gətirən təyyarənin gecə saatlarında Bakıya çatacağı gözlənilir.

 

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 22-i saat 21:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)