Modern.az

Deputat səfirliklərin problemini qaldırdı  

Deputat səfirliklərin problemini qaldırdı   

Aktual

22 Noyabr 2017, 14:56

“Bu gün bizim səfirliklərimiz texniki və maddi təminat baxımından çətinliklər çəkirlər. Xüsusilə də Azərbaycanın milli və dövlət bayramlarının, mühüm tədbirlərin keçirilməsi üçün onların büdcələri çox aşağıdır. Hətta səfirliklərdə sürücülük ştatları da ləğv olunub. Belə bir vəziyyətdə bu məsələyə bir daha qayıtmalıyıq.


Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Azay Quliyev deyib.


Düşünün ki, bəzən səfir sürücü funksiyasını yerinə yetirmək məcburiyyətində qalır. Mənə elə gəlir ki, Azərbaycanı xaricdə təmsil edən qurumlara diqqət daha da artırılmalıdır. Heç olmasa hər bir səfirliyə bir sürücü ştatı verilməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu