Modern.az

Dövlət Təhlükəsizliyi Xidmətinin nəzdində “Velosiped idman klubu” təsis olunub 

Dövlət Təhlükəsizliyi Xidmətinin nəzdində “Velosiped idman klubu” təsis olunub 

Aktual

24 Dekabr 2017, 10:45

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təlim-tədris və maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə bərabər, əməkdaşların əməliyyat-döyüş və fiziki hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilir.

 

Modern.az xəbər verir ki, DTX-də şəxsi heyətin idmanla məşğul olması, fiziki sağlamlığının möhkəmləndirilməsi üçün hər cür şərait yaradılır.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin imzaladığı Qərarla 24 dekabr 2017-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin nəzdində “Velosiped idman klubu” təsis olunmuşdur.
“Velosiped idman klubu”nun təlim və maddi-texniki bazasının yaradılması ilə əlaqədar müvafiq təşkilati tədbirlər həyata keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı