Modern.az

Baş nazirin müavini: “Hər il 100 min iş yeri açılmalıdır”

Baş nazirin müavini: “Hər il 100 min iş yeri açılmalıdır”

Aktual

25 Dekabr 2017, 12:51

“Bu il Azərbaycanda 159 min uşaq dünyaya gəlib. 18 yaşını keçən xeyli gənc var. Bunun üçün də ölkədə hər il 100 min iş yeri açılmalıdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda keçirilən tədbirdə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov deyib.

Baş nazirin müavini bildirib ki, yeni iş yerləri açılmazsa, işsizlərin sayı arta bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ