Modern.az

Bakının bu hissəsində işıq kəsiləcək

Bakının bu hissəsində işıq kəsiləcək

Aktual

27 Dekabr 2017, 09:02

Bakının Xəzər rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

 

Azərişıq ASC-dən Modern.az-a verilən məlumata görə, Binə-Sovxoz yaşayış massivində 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq 27 dekabr 2017-ci il tarixində saat 10.00-dan 15.00-a qədər Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

 

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı