Modern.az

Mingəçevirdə zavod qarət olundu

Mingəçevirdə zavod qarət olundu

Aktual

2 Aprel 2018, 13:24

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisindəki zavodlardan birinin inzibati binasından oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oradan 1 ədəd kompüter, 1 ədəd surətçıxaran aparat, 1 ədəd mühərrik və digər əşyaların oğurlandığı məlum olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Pərviz Nəbiyev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər