Modern.az

ABŞ-da təhsil almaq istəyənlər üçün Bakıda sərgi təşkil olundu  

ABŞ-da təhsil almaq istəyənlər üçün Bakıda sərgi təşkil olundu  

Aktual

21 Aprel 2018, 14:55

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası dəstəyi ilə "Alumni Fair" adlı ABŞ-da təhsil sərgisi keçirilib.

Modern.az-ın xəbərinə görə, sərginin məqsədi Azərbaycan vətəndaşlarına ABŞ universitetlərində təhsil almaq imkanı yaratmaqdır.

Sərgidə 25 ABŞ universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub.

ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları öz universitetlərini təmsil edərək maraqlanan sərgi iştirakçıları ilə danışıb, onları məlumat və bukletlərlə təmin edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı