Modern.az

Azərbaycanda 29 şübhəli saxlanıldı

Azərbaycanda 29 şübhəli saxlanıldı

Aktual

1 May 2018, 09:19

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?