Modern.az

Nazirlik fısdıq ağaclarını kəsən sex sahibini cərimələdi

Nazirlik fısdıq ağaclarını kəsən sex sahibini cərimələdi

Aktual

1 May 2018, 09:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib. 

 

Modern.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə isitnadən xəbər verir ki, reyd zamanı Quba rayonu II Nüqədi kəndində fəaliyyət göstərən yeşik sexində qanunsuz yolla əldə edilmiş 4.05 m3 həcmində fısdıq cinsinə məxsus meşə materialı aşkar olunub  və meşə fonduna 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Faktla bağlı sexin sahibi  Ramil Kərimov barəsində akt tərtib olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!